Özündə iki ön texnologiyanı birləşdirən,İtaliya istehsalı olan MR991 cihazı öz sinfinin ən qabaqcıl nümayəndələrindəndir.Müxtəlif tibbi təcrübələr nəticəsində inanılmaz nəticələr əldə etməsi sübut olunan bu cihaz D.E.S (ikili energetik sistem) texnologiyasının əsasında yaradılmışdır. Endomassaj MRM və CMPS funksiyalarını özündə birləşdirməsi Mantis MR 991 cihazını öz effekti,uzunömürlülüyü,təhlükəsizliyi və universallığı ilə bütün alternativ cihazlardan qat-qat üst pillələrə yüksəldən amildir.
Tətbiq sahələri:
Cavanlaşdırma
Modelləşdirmə və konturlama
Arıqlama Drenaj Lipolitik proseslərin aktivləşdirilməsi
Antioksidant Hiualuron turşusunun artması
Fibroblastların sayının artması
Toxuma elastikliyini gücləndirilməsi və yaxşılaşdırılması
Bədənin immunitetinin artırılması və mikrosirkulyasiyanın yaxşılaşdırılması
Bədən üçün tətbiq növləri:
Selülitlərin müalicəsi
Tozlu dərilər
Liftinq
Yağların parçalanması
Çəkinin azaldılması
Arıqlama Hamiləlik sonrası bərpa dövrü
Üz:
Qırışların aradan qaldırılması
Dərini möhkəmləndirilməsi
Yaşlanmanın yavaşladılması
Lenfatik drenaj
Liposaksiya öncəsi və sonrası
Əzələ və bel ağrısı
Artrit, revmatizm
Post-travmatik ödem
İltihabların aradan qaldırılması
Sağlamlıq:
Stressin azaldılması
Yuxusuzluq müalicəsi
Yorğunluğun azaldılması
Əhvalın yaxşılaşdırılması
Fiziki və zehni fəaliyyətin artması
Postoperativ reabilitasiya
Xronik və ya iltihablı xəstəliklərin müalicəsi
MAXI DES (MRM+CMPS): Müxtəlif istiqamətlərdə hərəkətetmə qabiliyyətində olan,impuls vakuum və stokastik rezonanslı impuls maqnit sahəsi (CMPS) sistemlərini özündə birləşdirən, bədən üçün nəzərdə tutulan böyük ölçülü başlıq.
MINI DES (MRM+CMPS): MAXI DES başlığı ilə eyni funksiyaları daşıyan,lakin daha kiçik nahiyələrə tətbiq üçün nəzərdə tutulan başlıq MAXENERGY (PULSED MAGNETIC FIELDS) : Əsas təsiri həyata keçirən PMF sistemli,güclü və spesifik başlıq. Kremdən istifadə edildikdə PMF texnologiyasının dəridə tətbiqi zamanı o rahatlıqla öz gücü hesabına dərinin dərin qatlarına enir. VIXO (CMPS+MICROSUCTION): VIXO başlığı üzün həssas nahiyələrinin üzərində prosedurun aparılması üçün nəzərdə tutulmuşdur. VIXO başlığının iş prinsipi xüsusi kalibrasiyalanmış CMPS sisteminə əsaslanır.Bu başlıq vasitəsi ilə sallantılar,qırışlar və yaşlanmanın fəsadlarını rahatlıqla aradan qaldırmaq mümkündür.Əlavə olaraq bu başlıq öz transdermal daxiledici gücü hesabına müxtəlif növ preparatların dərinin dərin qatlarına nüfuzunu təmin edir.