Plexr - bir klinikanın eyni zamanda dermatologiya, kosmetologiya, ginekologiya, stomatologiya və cərrahiyyə bölməsini rahatlıqla yüksək səviyyədə və sərfiyyatsız şəkildə təmin edə biləcək, ikiqat patentli innovativ texnologiya, italyan ecazkarlığına sahib dizayn, universallıq, fantastik effekt, təhlükəsizlik və möcüzəvi orijinal plazma texnologiyasını özündə birləşdirən cihazdır. Plazmaterapiya sahəsində kuliminasiya nöqtəsi olan Plexr cərrahiyyəsiz blefaroplastika,labioplastika,biopolimer fibrozlarının aradan qaldırılması, akne, post-akne, angioma, miliumlar, melazma, ksantelazma, dischromia, pinguecula, göbələk sonrası törəmələr, çapıqlar, qırışlar, ağız boşluğunda olan müxtəlif növ infeksion ləkələr və qaraltılar, implantlar üçün ağız boşluğunda yerin yaradılması, doğuş sonrası yaranan çapıqlar, qarın nahiyəsində natarazlıqlar və bir çox digər prosedurları rahatlıqla həyata keçirən universal bir cihazdır. Plexr - tibbi və estetik sahə üçün nəzərdə tutulan patentləşdirilmiş və təhlükəsiz cihazdır.Dünyanın 50-dən çox ölkəsində, 20 000 - dən çox kvalifikasiya olunmuş həkim tərəfindən istifadə olunur. Plazma axını vasitəsi ilə, müxtəlif növ dəri qüsurları, ləkələr, akne, qırış, papilloma, xal və ziyillər aradan qaldırılır, çapıqlar bərabərləşdirilir və dərin qırışlar bərpa edilir. Bu metod dərinin qaçınılmaz zədələnmə ehtimalını minimuma endirir, çünki nöqsanın aradan qaldırıldığı nahiyəni infeksiyaların düşməsindən qoruyan sıx qat yaradılır. Qısacası bu cihaz hər bir dermatoloqun və cərrahın inanılmaz nəticələr əldə etməsinə vasitəçi innovativ cihazdır.
Xüsusiyyətlər | Təsvirlər |
---|---|
Xüsusiyyətlər yoxdur |
Qeydiyyatdan keçməklə siz şəxsi kabinetinizdə ki, promo kod vasitəsi ilə endirimlərdən yararlana bilərsiniz. Saytımıza abunə olara yeniliklərdən xəbərdar ola bilərsiniz.