Orijinal Plazma Texnologiyası
Plexr cihazı - bir klinikanın eyni zamanda dermatologiya, kosmetologiya, ginekologiya, stomatologiya və cərrahiyyə bölməsini rahatlıqla yüksək səviyyədə və sərfiyyatsız şəkildə təmin edə biləcək, ikiqat patentli innovativ texnologiya, italyan ecazkarlığına sahib dizayn, universallıq, fantastik effekt, təhlükəsizlik və möcüzəvi orijinal plazma texnologiyasını özündə birləşdirən cihazdır. Plexr Plus ilə yanaşı saytımızda Plexr Pro cihazına da baxa bilərsiz.
Plexr cihazı plazma eksizyon texnologiyasından istifadə etməklə çalışır. Mühitin enerjisi plazma elektronları ilə zənginləşdirilir. Bu zaman epidermisin səth qatını ağrısız şəkikldə buxarlandırır. Nəticədə dəri dərhal sıxılır. İmpuls müddəti bir saniyədən azdır. Bu kiçik müddət dərinin yanması üçün kifayət deyil, dəri sadəcə büzülür və pasient yalnız istilik hiss edir. Proseduru tamamladıqdan sonra həkim müalicə olunan sahəyə buz tətbiq edir (lazım olduqda) və sonra ortaya çıxan qabıqlara zərər verməmək üçün onu bint çübuqla dezinfeksiya edir. Bir neçə gündən sonra qabıqlar iz qoymadan yox olur.
Hansı nahiyənin müalicə olunduğundan və pasinentin məqsədindən asılı olaraq seans sayı müəyyən olunur.
Plazmaterapiya sahəsində kuliminasiya nöqtəsi olan Plexr cərrahiyyəsiz blefaroplastika, labioplastika, biopolimer fibrozlarının aradan qaldırılması, akne, post-akne, angioma, miliumlar, melazma, ksantelazma, dischromia, pinguecula, göbələk sonrası törəmələr, çapıqlar, qırışlar, ağız boşluğunda olan müxtəlif növ infeksion ləkələr və qaraltılar, implantlar üçün ağız boşluğunda yerin yaradılması, döğuş sonrası yaranan çapıqlar, qarın nahiyəsində natarazlıqlar və bir çox digər prosedurları rahatlıqla həyata keçirən universal bir cihazdır.
Cihaz 20-dən çox beynəlxalq mükafat laureatı, 30 kliniki raporta sahib, dünyanın yeganə 20 keyfiyyət sertifikatına malik “Plexr” tibbi və estetik bir cihazdır. İtaliya istehsalı olan plexr cihazı olan "Plexr Plus" ikiqat patentlə qorunur və bir çox təşkilatlar tərəfindən dəfələrlə “ilin ən innovativ cihazı” və bu kimi bir çox nominasiyalarla təltif olunmuşdur.
Plex plus cihazının texnologiyası ikiqat patentləşdirilmiş, 30-dan çox kliniki raporta malik, dünyanın ilk və yeganə plazma generatorudur.
Dünya üzərində 100 000-dən çox rəsmi sənədləşdirilmiş prosedur, milyonlarla paylaşılan nəticə və seanslar mövcuddur.
Plexr cihazı havadakı qazların ionlaşmasından əmələ gəldiyinə görə təbii plazma enerjisidir və sadəcə problemli bölgəyə təsir edir, yan toxumalara qətiyyən təsir etmir. Dünyada yeganə gözün öz üzərində prosedurlar həyata keçirməyə icazə verən, tamamilə təhlükəsiz, qeyri-invaziv, qansız və tikişsiz yüngül cərrahiyyə cihazıdır.
Ekoloji cəhətdən tamamilə təhlükəsiz material, ən yüksək keyfiyyətli metaldan hazırlanmış (AISI 316 MEDICAL IRON) sterilizə oluna bilən iynələr, gözəl dizaynlı interfeys və dünyanın yeganə 3 il zəmanətə malik cihazıdır.
• Kosmetologiya;
• Dermatologiya;
• Oftalmologiya;
• Ginekologiya;
• Stomatologiya;
• Estetik cərrahiyyə.
Plexr Plus® üç müxtəlif başlıqla birlikdə yaradılmışdır: Hər bir başlığın çıxış siqnalı elə optimallaşdırılıb ki, müvafiq siqnal konkret müalicənin funksiyasına uyğun olaraq tətbiq edilə bilsin. Alətin seçimi həkimin aparacağı müalicədən asılıdır.⠀
Blefaroplastika, lentigo solaris (çil), orta dərəcəli aktiv akne, xırda qırışlar, göbək liftinqi, kiçik keloidlər üçün koadyuvant kimi çıxış edən kiçik xoşxassəli dəri yenitörəmələri, dərinin orta dərəcədə yenilənməsi və cavanlaşdırılması, vaginal (uşaqlıq yolu) cavanlaşdırma və vulvoplastika.
Aktiv akne, orta ölçülü xoşxassəli dəri yeni törəmələri, seboreya keratozu, elastoz, disxromiya, kiçik tünd qırmızı angiomalar, üz dərisinin liftinqi, ksantelazmalar, kiçik fibromalar, xırda çapıqlar.
Həcmli xoşxassəli dəri yeni törəmələri, keloidlər üçün koadyuvant kimi çıxış edən iri fibromalar, böyük tünd qırmızı angiomalar, dərin çapıqlar, akne çapıqları, dərinin cilalanması (şlifovkası), ziyillər, seboreya ziyilləri, hiperkeratoz, diş ətinin ağardılması və s.
Xüsusiyyətlər | Təsvirlər |
---|---|
Xüsusiyyətlər yoxdur |