Loading...

Danimarka istehsalı dezinfeksiya robotları

COVID-19 virus ilə mübarizədə insanların həyatını xilas edən Danimarka istehsalı dezinfeksiya robotları 2014-2017- ci illərdə “Blue Ocean Robotics” şirkəti Danimarkanın bir sıra bölgələrindən olan alıcı qruplar üçün kommersiya məqsədi ilə özünü idarə edəbilən dezinfeksiya robotları hazırlamışdır. O vaxtdan sonra bu ixtira sayəsində Danimarka şirkəti 34 milyon ABŞ dolları məbləğində kapital əldə etdi və kəskin sıçrayışla bu göstərici 800 milyon ABŞ dollarına qədər qiymətlənidirildi. Şirkət artıq dezinfeksiya robotunu Covid-19 virusu ilə mübarizədə istifadə edən 40-dan çox ölkəyə satıb.2014-cü ildə inkişaf sürətləndi, bir qrup Danimarka xəstəxanalarında infeksiyanın azaldılması məqsədi ilə bu robotlardan istifadəyə başlanılmışdı. Robotların işləmə mexanizmi cihazda mövcud olan ultrabənövşəyi şüa sisteminə əsaslanır. Ultrabənövşəyi şüa ilə robot ətraf mühitdəki xəstəliklərin, virusların, bakteriyaların və digər zərərli üzvi mikroorqanizmlərin DNT quruluşunu pozaraq dezinfeksiya edib məhv etmə xüsusiyyətinə malikdir. Robot bakteriya və virusların 99,99% -ni dezinfeksiya edir. Həmçinin, bakteriya, virus və digər zərərli mikroorqanizmlərlə təmas riskini azaltmaqla həm işçilərin, həm xəstələrin, həm də yaxınlarının təhlükəsizliyini artırır. Beləliklə, yoluxucu xəstəliklərin, virusların və bakteriyaların yayılmasının effektiv şəkildə qarşısı alınır. UVD robotu təhlükəsiz və etibarlıdır, əməliyyat xərclərinə qənaət edir və baş verə biləcək insan səhvlərini aradan qaldırır. Təmizləyici heyət bir tətbiq vasitəsilə robotdan təmizləməyə başlamağı əmr etdikdən sonra robot otaqdan otağa müstəqil hərəkət edir, liftlə qalxaraq avtomatik qapıları aça bilir. Robot xəstəxana işçilərinin iş prosesinə mane olmur. Bundan əlavə, robot floresan bakteriya və bioloji mayeləri aşkarlaya bilən əlavə bir əlavə modulu da dəstəkləyir. “Sunay Healthcare Supply “adlı çin şirkəti vasitəsi ilə robotlar fevral ayından etibarən Covis-19 virusuna qarşı mübarizədə kömək etmək üçün bütün Çin əyalətlərində yerləşdirilib. “UVD Robotları ilə müqavilə bağlamazdan əvvəl koronavirusla mübarizə üçün ən yaxşı texnologiyaların bazarını araşdırdıq. UVD robotunun digər texnologiyalarla müqayisədə daha üstün olduğunu gördük. Artıq 2000-dən çox xəstəxana həm xəstələrini, həm də işçilərini qoruyaraq effektiv dezinfeksiya təmin etmək imkanına malikdir”- deyə “Sunay Healthcare Supply” şirkətinin CEO-su Su Yan bildirmişdir. UVD robotları bir çox mükafatla təltif olunmuşdur. Bunlardan ən sonuncusu “euRobotics, Technology Transfer Award 2020” Avropa mükafatı olmuşdur. “Blue Ocean Robotics” şirkətinin CEO-su və “UVD Robotlar İdarə Heyəti”-nin sədri Claus Risager, dünya ölkələrini sürətlə bürüyən Covid-19 virusu ilə mübarizədə kömək etməkdən böyük məmnuniyyət duyduğunu ifadə etmişdir.
 077 421 09 90
 077 421 09 90